Duman müşahidə olunur - FAKTİKİ HAVA

Sosial

31.01.2025 14:20

"Hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında  dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır".

TodayPress xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib.

Onun sözlərinə görə, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən  atmosfer hadisəsidir. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır. 

"Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir” deyə o bildirib.

tag: Hava,Duman,Gülnarə Abbasova,Yevlax,İmişli,todaypress.az,

photo