DSX-nin hərbi qulluqçusu intihar etdi

Sosial

28.04.2025 14:13

116

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar etmişdir.

Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

İlkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

tag: DSX,Hərbi Qulluqçu,İntihar,Hadisə,Todaypress.az,