Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu
Sosial
09.01.2025 20:12
Dövlətə xəyanətdə ittiham olunan Hicran
Əfqan oğlu Həsənov, Elməddin Natiq oğlu Ağayev, Şəmsi Ağabəy oğlu Qasımov,
Nadim Nadir oğlu Mehdiyev, Ağasif Asif oğlu Ağayev və Dağıstan Yusif oğlu
Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
TodayPress xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində
hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16,5
il, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il və Ağasif
Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində
başlanılmış cinayət işi üzrə onlara Cinayət Məcəlləsinin 274-cü (dövlətə
xəyanət) maddəsi ilə ittiham elan olunub.
tag: Xəyanət,İttiham, Sumqayıt, Dövlət, DTX, todaypress.az,