Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada mükafata layiq görüldü

Sosial

02.05.2025 14:41

19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “Brands Review Magazine” təşkilatının “Brands Review Magazine Awards” müsabiqəsində qalib seçilib. 

Bu barədə TodayPress-ə ƏƏSMN-dən məlumat verilib.

Agentlik müsabiqəyə qurumun ümumi fəaliyyəti ilə qatılıb və “Avropanın ən yaxşı Dövlət Məşğulluq Xidməti Təminatçısı” kateqoriyası üzrə mükafata layiq görülüb. (https://brandsreviewmagazine.com/award-list-2025/)   

“Brands Review Magazine” təhsil, innovasiya, texnologiya, sığorta, investisiya kimi sahələrdə fərdlərin, özəl və dövlət sektorlarının nailiyyətlərini mükafatlandıraraq, geniş ictimaiyyətə təqdim etmək məqsədinə xidmət edir.

tag: ƏƏSMN,Dövlət Məşğulluq Agentliyi,Britaniya,Mükafat,Todaypress.az,