Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi işdən çıxdı
Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev işdən çıxıb.
Bu barədə TodayPress-ə nazirlikdən bildirilib.
Məlumata görə, o, öz istəyi ilə vəzifəsini tərk edib və yerinə hələ ki, təyinat olmayıb.
Bundan başqa, nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev də öz arzusu ilə vəzifəsindən ayrılıb.
tag: Dövlət Maliyyə Nəzarəti Xidməti,Elman Piriyev,Nadir Qarayev,İşdən Çıxma,Todaypress.az,