Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət etdi
Sosial
20.01.2025 19:13
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə TodayPress-ə komitənin mətbuat xidmətindən məlumat verilib.
Kollektiv tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb.
tag: Ailə,Qadın ,Uşaq Problemləri ,Dövlət Komitəsi,20 Yanvar,Şəhidlər xiyabanı,todaypress.az,