Dövlət Komitəsi Daun sindromlu uşaqlar üçün yaz düşərgəsi keçirir

Sosial

06.03.2025 16:08

2021

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Daun sindromlu uşaqlar üçün yaz düşərgəsinə start verilib.   

TodayPress xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixo-sosial dəstəyin göstərilməsi məqsədilə təşkil edilən düşərgəyə 25 uşaq valideyni ilə qatılıb. 

5-15 mart 2025-ci il tarixlərini əhatə edəcək düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən valideynlər üçün təlimlər, uşaqlar üçün isə inkişafetdirici interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramı, maraqlı ekskursiyaların təşkili nəzərdə tutulub. 

Qeyd edək ki, Dövlət  Komitəsi tərəfindən Daun sindromlu uşaqlar üçün ənənəvi olaraq təşkil edilən yaz düşərgəsində indiyədək (3 il ərzində) 65 uşaq valideyni ilə iştirak edib.

tag: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Bahar Muradova ,Cəmiyyət ,Hadisələr ,todaypress.az,