Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edildi
Dövlət Gömrük
Komitəsinin sədrinə yeni müavin təyin edilib.
TodayPress xəbər verir ki, bununla bağlı Prezident
İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fuad Elxan oğlu Məmmədov Dövlət Gömrük
Komitəsi sədrinin müavini təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər Komitənin Ümumdünya
Gömrük Təşkilatında nümayəndəsi olub.
tag: Gömrük, Sədr, Müavin, Təyinat, todaypress.az,