DOST RİM növbəti dəfə beynəlxalq müsabiqənin qalibi seçildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Sinqapurun “World Business Outlook” onlayn jurnalının təşkil etdiyi müsabiqədə 2025-ci il üçün “Avropanın ən yaxşı rəqəmsal mərkəzi” mükafatına layiq görülüb.
Bu barədə TodayPress-ə ƏƏSMN-dən məlumat verilib.
https://worldbusinessoutlook.com/award-winners-2025/
DOST RİM müxtəlif ölkələrin aparıcı qurumları, həmçinin qlobal şirkətlərin iştirak etdiyi müsabiqədə qaliblər siyahısında yer alıb.
“World Business Outlook” jurnalı tərəfindən hər il keçirilən bu müsabiqə biznes və maliyyə sahəsində üstün performans, innovasiya və mükəmməlliyi ilə seçilən təşkilatları və fərdləri mükafatlandırır.
tag: ƏƏSMN,DOST RİM,Müsabiqə,Qalib,Todaypress.az,