Döş və mədəaltı vəzi xərçənginə qarşı vaksinlər hazırlanır
Sosial
23.01.2025 12:47
Rusiyada döş və mədəaltı vəzi xərçənginə qarşı vaksinlər yaradılır. Sınaqların 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində başlayacağı bildirilir.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, Rusiya alimləri böyrək, döş və mədəaltı vəzi xərçəngi də daxil olmaqla, onlara qarşı fərdiləşdirilmiş MRNT vaksinləri yaratmaq üçün xərçəng xəstəliklərinin modellərini inkişaf etdirməyi planlaşdırır.
Xəstəliklərə qarşı peyvəndlərin sınaqları 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində başlaya bilər.
Peyvənd Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi və Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutu ilə birgə hazırlanıb.
Preparatın preklinik sınaqları artıq başa çatıb.
Süni intellekt xərçəngə qarşı fərdi vaksinlərin yaradılması üçün istifadə olunacaq. Hesablamaların aparılması üçün neyron şəbəkələri, xərçəng şişlərinin genetik ardıcıllığının yerli məlumat bazası yaradılıb.
Eksperimental bazaya təxminən 40-50 min şiş daxildir.
Bildirilir ki, xərçəng peyvəndinin preklinik tədqiqatları dərmanın şiş inkişafını boğduğunu göstərib.
Yeni xərçəng peyvəndini klinik sınaqlarda alan ilk insanlar melanoma və kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələr ola bilər.
Nicat Osman
tag: Sınaq,2025,Xərçəng,Baza,Dərman,Todaypress.az,