Doqquzmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış
binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik
sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb.
Bu barədə TodayPress-ə Fövqəladə Hallar
Nazirliyindən bildirilib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina
sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Sumqayıt, Yanğın, Bina, FHN, Doqquzmərtəbə, todaypress.az,