Doğuş zamanı ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA
23.04.2025-ci il tarixində saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə TodayPress-ə TƏBİB-dən məlumat verilib.
Zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərarına alınıb.
Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, 23.04.2025-ci il tarixində saat 03:26-da ölüm faktı qeydə alınıb.
Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.
Qeyd edək ki, ölümün birbaşa səbəbi yalnız məhkəmə-tibbi ekspertiza (təşrihin) nəticəsində mümkündür.
tag: TƏBİB,Hamilə,Qadın,Ölüm,Todaypress.az,