Doğuş zamanı ana və körpə öldü, səbəb açıqlandı - YENİLƏNDİ

Sosial

06.03.2025 10:27

2162

Gəncədə 41 yaşlı qadın və körpəsinin doğuş zamanı ölməsinin səbəbi açıqlanıb.   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, 1984-cü il təvəllüdlü şəxs xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub. 

"30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb". 

Töhfə Səməd

***

10:09

Gəncədə 41 yaşlı qadın və körpəsi doğuş zamanı ölüb. 

TodayPress xəbər verir ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib. 

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə,Şəhər,Doğuş,Ana,Ölüm,Todaypress.az,