Dişləri ən çox ləkələyən içkilər

Sosial

14.01.2025 16:28

Dişləri daha çox ləkələyən içkilər müəyyən edilib. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Sözügedən içkilər, “Coca-Cola”, qırmızı şərab, qəhvə və çaydır. 

Təcrübə üçün həkimlər dörd çəkilmiş dişi 10 gün ərzində müxtəlif içkilərə yerləşdirib və nəticədə bütün bu müddət ərzində qırmızı şərabda olan dişin ən çox ləkələndiyini müəyyən edib. 

Qeyd olunub ki, qırmızı şərab bütün dişi, o cümlədən mina və kökü bənövşəyi rəngə boyayıb.  

Eyni zamanda, “Coca-Cola” dişi nəinki qaraldıb, hətta onu korroziyaya uğradıb. Buna səbəb kimi qazlı içkinin tərkibindəki turşu göstərilib. 

Öz növbəsində, qəhvədə saxlanılan diş sarımtıl, kökü isə qəhvəyi rəngə çevrilib. Dişdə ən az ləkə yaradan isə çay olub.

Günəş Mərd

tag: Diş, Çay, Ləkələnmə, İçki, todaypress.az,