DİQQƏT: Kart məlumatlarınız oğurlana bilər – EKSPERTDƏN ÇAĞIRIŞ

Sosial

04.06.2024 12:42

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb.  

Bu hadisə bank kartlarının təhlükəsizliyi ilə bağlı məsələni yenidən gündəmə gətirib. 

TodayPress açıqlama verən Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, vətəndaş bütün kart məlumatlarını hansısa sayta yerləşdirirsə, burada bankın heç bir günahı yoxdur: 

“Burada iki variant var: ya sayt özü oğurlayır və ya saytın təhlükəsizlik sistemi zəifdir. Hakerlər oradan məlumatları oğurlayıb, pulları kartdan çıxarırlar. Bank hardan bilsin? Bank görür ki, vətəndaş bütün məlumatlarını ötürür, düşünür yəqin bu prosesə onun özü razılıq verib”.

Ekspert vətəndaşlara bəzi alış-veriş saytları ilə bağlı çağır edib: 

“Hər alış-veriş saytına güvənmək olmaz. Alış-veriş daha çox tanınmış saytlardan edildikdə təhlükəsiz olur. Çünki həmin sayt öz imicini qorumağa çalışır. Belə halların qarşısını almaq üçün təhlükəsikliyini daim nəzərdən keçirir və müştərilərini itirməkdən qorxur”. 

Günəş Mərd

tag: Bnak, Kart, Ekspert, Əkrəm Həsənov, Məlumat, todaypress.az,