DİN Sumqayıtdakı bıçaqlanma ilə bağlı açıqlama yaydı

Sosial

08.02.2025 10:48

1870

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 40 yaşlı kişinin həmyaşıdı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.

TodayPress xəbər verir ki, hadisə Corat qəsəbəsində baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, A.Hacıyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, onun həmyaşıdı M.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Hadisə,Bıçaqlanma,Yaralı,Sumqayıt,Corat,Todaypress.az,