DİN nümayəndəsi: “Zorakılığın qarşısını almaqda ən böyük vəzifə valideynlərin üzərinə düşür”
Sosial
02.12.2024 10:52
“Bütün uşaqlar gec-tez bullinqlə tanış olur. Bütün bunlar uşaqların psixologiyasına dağıdıcı təsirlər göstərir. Hətta bir çox hallarda intihar hadisələri ilə də qarşılaşırıq”.
TodayPress xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, davamlı olaraq məktəblərdə tədbirlər keçirilsə də, hələ də mənfi hallar yaşanmaqda davam edir.
“2019-cu ildə Elina Hacıyevanın və 2024-cü ildə məktəblilərin bir-birlərinə göstərdiyi bullinqləri nümunə göstərmək olar.
Bu işdə ən böyük vəzifə və çətinlik valideynlərin üzərinə düşür. Onlar bizimlə əl-ələ versə, uşaqları qurtara bilərik”.
Töhfə Səməd
tag: DİN, İmran Əliyev,Sosial, Tədbir, Bulinq, todaypress.az,