DİN bayram günlərində şəhər və rayonlara səfər edənlərə müraciət etdi
Sosial
31.12.2024 21:14
Daxili İşlər Nazirliyi (DİN) bayram
günlərində şəhər və rayonlara səfər edən bütün hərəkət iştirakçılarına müraciət
edib.
DİN-dən TodayPress-ə verilən məlumata görə,
müraciətdə deyilir:
"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və
Yeni il bayramları günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz
tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır.
Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu
günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.
İlk növbədə, müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə
də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun
davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə, günün erkən
saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin
təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq. Sizi sevənlərə, evdə
yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına
riayət edin.
Bayramınız təhlükəsiz olsun!".
tag: DİN, Müraciət, Xəbərdarlıq,Bayram, todaypress.az,