DİN, Baş Prokurorluq, ANAMA: Xocalıda mina partlayışı ilə bağlı araşdırma aparılır
Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba
kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.
TodayPress xəbər verir ki, Ağdam rayon sakini,
1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş
ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma
aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin
göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil
olmamağa çağırır.
tag: Prokurorluq,ANAMA, DİN, Xocalı, Mina, Xəsarət, Araşdırma, todaypress.az,