DİN: Axtarışda olan 305 nəfər saxlanıldı
Martın 19-da Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ölkə ərazisində müxtəlif hüquq pozuntuları ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib.
Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
36 cinayət hadisəsi qeydə alınıb və onların hamısının üstü "isti izlər"lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması təmin edilib.
Axtarışda olan 305 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bunlardan 270 nəfəri borclu şəxs qismində axtarışda olanlardır.
Narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
Qanunsuz silah-sursatlarla əlaqəli 10 fakt aşkarlanıb və müvafiq tədbirlər görülüb.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
tag: DİN,Vətəndaşlar,Müraciət,Cinayət,Faktlar,Todaypress.az,