DİN avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq etdi
Paytaxtda avtobus zolaqlarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin - avtobusların fasiləsiz, intensiv və təhlükəsiz hərəkətinin təşkili məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik işlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN Mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür.
Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı, təbliğat maariflənmə işi təşkil olunub.
Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktiki söhbətlər aparılır, mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir.
Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla bu halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılır.
Bir daha diqqətə çatdırırıq ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşılmalı, qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı, intizamı olmalıdır.
tag: DİN,Polis, Sürücü, Xəbərdarlıq, Avtomobil, todaypress.az,


