DİM işə qəbul imtahanının nəticələrini açıqladı
Sosial
03.06.2024 16:49
Dövlət
İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, bədii
sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə
iyunun 2-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb.
DİM-dən
TodayPress-ə bildirilib ki, imtahanda iştirakı nəzərdə tutulan 1044 nəfərdən
21-i imtahana gəlməyib.
Direktor
və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında
isə 70 test tapşırığı təqdim olunub. Hər düzgün cavab bir balla qiymətləndirilir.
Test
mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər
müsahibə mərhələsinə buraxılırlar.
İmtahan
nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun
5-dən 7-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni
doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən
çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi
dayandırılır.
İmtahan
haqqında ümumi məlumat və müsabiqə şərtləri DİM-in saytında yerləşdirilib.
tag: DİM, İmtahan, Test, Direktor, todaypress.az,