DİM Gürcüstanın Milli Mərkəzi ilə növbəti memorandum imzaladı
Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
TodayPress xəbər verir ki, sənəd aprelin 24-də Bakıda keçirilən görüş zamanı DİM-in sədri Məleykə Abbaszadə və qarşı tərəfin direktoru Nino Tsereteli tərəfindən imzalanıb.
Qeyd edək ki, yeni Memorandum təcrübə mübadiləsi və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Qiymət Mahir
tag: DİM,Gürcüstan,Elm,Təhsil,Memorandum,Todaypress.az,