Dərmandan zəhərlənən şəxsin vəziyyəti AÇIQLANDI
01.05.2025-ci il tarixində saat 23:30 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb.
tag: TƏBİB,Şəxs,Dərman,Zəhərlənmə,Todaypress.az,