Depresiyadan çıxmağın yolları
Sosial
21.01.2025 14:45
Tez-tez uğursuzluğa düçar olmaq depressiya vəziyyətinə gətirib çıxarır və insan səhər yataqdan qalxmağa özündə stimul tapmır.
TodayPress xəbər verir ki, psixoloqlar bu kimi halların qarşısını almaq üçün insanların nələr etməli olduğunu açıqlayıblar.
Qeyd edilib ki, insan, prinsipcə, fəlakətə meyillidir və hər hansısa səhv ucbatından həyatının daim mənfiyə doğru gedəcəyindən narahatdır. Lakin bu zaman səhv etdiyi dərk etdiyini etiraf etməklə bunun qarşısını ala bilər.
Psixoloqlar tövsiyə edib ki, insan özü ilə sanki balaca uşaqla danışırcasına ünsiyyət qurmalıdır.
Hər hansısa səhvində özünü danlayıb, pisləmək əvəzinə problemin mahiyyətini anlamalı və sakitcə həll etməyə çalışmalıdır.
Mütəxəssislər hesab edirlər ki, insan səhvinə görə məsuliyyəti öz üzəriniə götürsə və onun nəticəsində hansı təcrübələri əldə etdiyini dərk etsə, növbəti dəfə harada diqqətli olmaq lazım gəldiyini daha yaxşı müəyyən edə bilər.
Töhfə Səməd
tag: Depressiya,Təcrübə,Mütəxəssis,Həkim,Todaypress.az,