Dəmir yollarından oğurluq etdilər, polis saxladı

Sosial

23.04.2025 13:48

8

Sumqayıt dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.  Naməlum şəxsin alət saxlama otağından metal konstruksiyaların oğurlaması barədə polisə məlumat daxil olub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəhər sakini 29 yaşlı R.Üzeyirov saxlanılıb. 

Analoji hadisə Sabirabad dəmir yolu stansiyası ərazisində də qeydə alınıb.

Elektrik dirəklərinin hissələrini talamaqda şübhəli bilinən paytaxt sakinləri 24 yaşlı A.Yüzbaşev və 49 yaşlı Ş.Kamalov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

tag: DİN,Polis,Dəmiryol,Oğurluq,Todaypress.az,