Dələduzluq faktı aşkarlandı, polis şübhəlini saxladı
Sosial
05.10.2024 12:05
Dələduzluq edərək hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz hesabına 10 200 manat ödətdirməsi barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Dələduzluq ,Bakı ,Araşdırma ,Cinayət ,DİN ,todaypress.az,