Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Sosial

23.04.2025 11:29

8

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il aprel ayının 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Həmin gün daxili işlər naziri tərəfindən bölgə üzrə polis orqanlarında vakant vəzifələrdə xidmətə qəbulla əlaqədar sıra baxışı da keçiriləcəkdir. 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

tag: DİN,Nazir,Vilayət Eyvazov,Tovuz,Qəbul,Sıra Baxışı,Todaypress.az,