David İşxanyan Birinci Qarabağ müharibəsində Serj Sarkisyanın roluna dair açıqlama verdi
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən qondarma rejimin “ordu”sunun idarə olunmasının “özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirib.
TodayPress xəbər verir ki, onun sözlərinə görə, rəhbərlər Serj Sarkisyan və Samvel Babayan olub.
“Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm” deyə David İşxanyan qeyd edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.
tag: Bakı Hərbi Məhkəməsi,David İşxanyan,Erməni,Məhkəmə,Proses,Todaypress.az,