Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərləndi

Sosial

25.02.2025 05:34

1954

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

TodayPress xəbər verir ki,  hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Onların qidadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Alunitağ, Xəstəxana, Zəhərlənmə, Kafi,Daşkəsən,