Daha bir rayonda pirotexniki vasitə satan şəxs saxlanıldı
Paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən TodayPress-ə verilən məlumata görə, onda müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.
Bildirilib ki, faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.
tag: Paytaxt,Xəzər ,Abdullayev,DİN,Mətbuat Xidməti,todaypress.az,