Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Sosial

25.01.2025 09:58

Yanvarın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, yanvarın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.  Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.  Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

tag: Hava,Xəbər,Temperatur,Bakı,Abşeron,Todaypress.az,