Dağda çobanın meyiti tapıldı
Ağdaşda dağın yamacında kişi meyiti tapılıb.
TodayPress "Unikal"a istinadən bildirir ki, hadisə Hüşün kəndi yaxınlığındakı dağın yamacında qeydə alınıb.
Meyiti aşkar olunan şəxs 1980-ci il təvəllüdlü Kükəl kənd sakini Abdullayev Elnur Mənsur oğludur. Onun çoban olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
tag: Ağdaş, Çoban, Meyit, Hüşün, Yamac, todaypress.az,