Culfada yol qəzası baş verdi, ölən var
Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada ölüb.
TodayPress xəbər verir ki, Ordubad rayon Nəsirvaz kənd sakini, 1993-cü il təvəllüdlü sakini Rzayev Tərxan Mərdan oğlu idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon Dizə kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Malik Hüseyn oğlunu vurub.
Piyada M.Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
tag: Culfa ,Ordubad ,Nəsirvaz ,Qəza,Ölüm,todaypress.az,