COP29 zamanı ictimai nəqliyyat pulsuz olacaq? - RƏSMİ AÇIQLAMA
Sosial
22.10.2024 11:50
COP29-un baş tutmasına bir neçə həftə qalıb. Lakin hələ də qaranlıq qalan bir neçə məqam əhalini narahat edir. Bunlar arasında COP29 zamanı insanların çölə çıxması və ictimai nəqliyyatdan istifadə etməsi məsələsi ön planda dayanır.
Mövzu ilə bağlı TodayPress COP29 Azərbaycan Əməliyyat Şirkətinə sorğu ünvanladı. Şirkətdən bildirildi ki, COP29 üçün akkreditasiyanı əldə edən şəxslər nəqliyyatdan pulsuz istifadə edə biləcək. Avtobus və digər vasitələrə təqdim etmək üçün əlavə bir karta ehtiyac yoxdur.
Bundan əvvəl ictimaiyyətin diqqətinə çatdırılmışdı ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur. Yayılan digər xəbərlər isə sadəcə dezinformasiya xarakteri daşıyır.
“İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik" deyə şirkət vətəndaşlara çağırış edib.
Töhfə Səməd
tag: COP29, Nəqliyyat, Avtobus,Cəmiyyət, todaypress.az,