Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanıldı

Sosial

21.04.2025 11:08

5

Aprelin 19-da və 20-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

- Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayət,Araşdırma,Todaypress.az,