Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanıldı

Sosial

31.03.2025 10:28

874

Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

- Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayət,Məlumat,Todaypress.az,