Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Sosial

12.05.2025 10:25

14

Mayın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

- Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

tag: DİN, Əməliyyat, Cinayət, Faktlar, Narkotik, todaypress.az,