Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Sosial

25.04.2025 09:41

8

 Aprelin 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

- Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayət,Araşdırma,Todaypress.az,