Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Aprelin 29-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
tag: DİN,Polis,Cinayətkar,Həbs,Todaypress.az,