Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Sosial

04.04.2025 10:17

1633

Aprelin 3-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

-Axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

- Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayət,Saxlanılma,Todaypress.az,