Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı
Martın 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress-ə DİN-dən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
tag: Polis,DİN,Əməliyyat,Saxlanılma,Todaypress.az,