Cənub bölgəsinin bəzi rayonlarında işıq olmayacaq
Sosial
15.01.2025 04:12
Yanvarın 15-də Cənub
Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra
ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
"Azərişıq"dan TodayPress-ə verilən məlumata görə,
qeyd edilən tarixdə 110/35/10 kV-luq Lənkəran 2 yarımstansiyadan qidalanan 10
kV-luq 5 saylı hava xəttində, Cəlilabad 110/35/10 kV-luq yarımstansiyadan
qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava
xəttində eyni vaxtda təmir işləri aparılacaq.
“Bu səbəblə saat 10:00-dan 14:00-dək
Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan
12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa
çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq" məlumatda
qeyd olunur.
tag: Lənkəran, İşıq, Digah, Kürə, Biləsuvar, Azərenerji, todaypress.az,