Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlandı

Sosial

26.01.2025 01:45

Cəlilabad rayon Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

TodayPress xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

tag: Cəlilabad, Günəşli, Kalaşnikov,Patron, Polis, todaypress.az,