Cəlilabadda dəhşətli qəza: Sərnişin avtobusu aşdı, ölənlər var
Sosial
06.06.2024 11:46
Cəlilabadda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Olay rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TodayPress-ə verilən məlumata görə, Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
tag: Cəlilabad, Qəza, Avtobus,Nəqliyyat, todaypress.az,