Cəlilabadda daş hasar aşdı, 8 yaşlı uşaq öldü

Sosial

21.04.2025 22:30

10

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Cəlilabad, Hadisə, Uşaq, Ölüm, Alar,Azyaşlı, todaypress.az,