Cəlilabadda avtomobil piyadanı vurdu
Cəlilabadda baş verən qəzada piyada xəsarət alıb.
TodayPress xəbər verir ki, hadisə rayonun
Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan
nəqliyyat vasitəsi rayon sakini, Cavid Mahmudovu vurub. Yaralı müxtəlif
dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı
araşdırma aparılır.
tag: Cəlilabad, Qəza, Avtomobil, Piyada, Uzuntəpə, Yaralı, todaypress.az,