Cəlilabadda avtomobil mal sürüsünə çırpıldı

Sosial

18.01.2025 02:43

Cəlilabad rayonunda yol qəzası baş verib. 

TodayPress-in məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, minik avtomobili iri buynuzlu mal-qara sürüsünə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 4 baş mal-qara tələf olub.

Faktla bağlı araşdırma aparılır. 

tag: Cəlilabad, Mal-Qara, Sürü, Qəza, Hadisə, todaypress.az,