Cəlilabadda avtomobil körpüdən aşdı, xəsarət alanlar var

Sosial

17.03.2025 20:40

2166

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə Uzuntəpə-Günəşli yolunda Lerik rayon sakininin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetməni itirərək körpüdən aşıb və dərəyə yuvarlanıb.

 

Qəza zamanı nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

tag: Qəza, Cəlilabad, Uzuntəpə, Avtomobil, Hadisə, todaypress.az,