Cəlilabadda 24 yaşlı şəxsin meyiti aşkarlandı

Sosial

16.03.2025 14:45

2116

Cəlilabad rayonunda meyit aşkar olunub.

TodayPress xəbər verir ki, meyit rayonun Maşlıq kəndində tapılıb.

Meyitin 24 yaşlı Elvin Abdullayevə məxsus olması müəyyən olunub.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Cəlilabad ,Meyit, Elvin Abdullayev,Fakt,todaypress.az,